“Altılıq” hesabları: “Neftçi” zirvədə rahat nəfəs ala bilmir
08.02.2012 - 11:09
Hava şəraiti münasib olsa, həftəsonu Premyer Liqada qış fasiləsi başa çatacaq. Elita təmsilçiləri ay yarımlıq durğunluğun ardından çempionatın həlledici bölümünə qədəm qoyacaqlar. Düzdü, hələ təsnifat mərhələsi başa çatmadığından ilk "altılığ"ın tam tərkibi rəsmən bəlli deyil. Lakin son 4 turda bu baxımdan ciddi dəyişikliyin olacağı inandırıcı görünmür. Hər halda, AZAL-la "Rəvan"ın "altılığ"ı qapayan "Qəbələ"ni qabaqlaması xeyli çətin görünür.
Mövcud durum "Neftçi", "İnter", "Xəzər Lənkəran", "Qarabağ", "Bakı" və "Qəbələ"nin cari çempionatın medalları uğrunda mübarizə aparacaqlarını söyləməyə əsas verir. Bəs onların arasında kimlər daha şanslıdı? "Neftçi" titulunu qoruya biləcəkmi? Avrokuboklarda hansı komandalara azarkeşlik edəcəyik?
Təbii ki, hazırda bu cür suallara kimsə dəqiq cavab verə bilməz. Amma elita təmsilçilərinin qış hazırlığına nəzər yetirməklə müəyyən fikir söyləmək olar. Hər halda, onların gələcək taleyi təlim-məşq toplanışını necə keçmələrindən, etdikləri transferlərdən birbaşa asılıdı. Düzdü, hələ "transfer pəncərəsi" bağlanmayıb. Lakin klublarımızın bundan sonra sanballı bir oyunçu ilə anlaşacağı ağılabatan deyil.
Neftçi. Son və qış çempionu olan "ağ-qaralar" durumlarını çox gözəl başa düşürlər. Necə deyərlər, titulu qorumaq onu qazanmaqdan çətindi. Amma hər şey "Neftçi"nin öz əlindədi. Paytaxt təmsilçisi hazırda zirvədə qərarlaşıb və mövqeyini əldən verməmək üçün əlindən gələni edəcək.
"Neftçi"nin Antalya toplanışı normal keçdi. 7 yoxlama oyununda qüvvəsini sınayan komanda 3 görüşdən qalib ayrıldı, 2 dəfə uduzdu və eyni sayda heç-heçə etdi. Amma fasilə dönəmində Emil Mpenza, Araz Abdullayev, Tərlan Quliyev və Elmar Baxşıyevlə yollarını ayıran "ağ-qaralar"ın heç bir futbolçu ilə anlaşmaması təəccüb doğurur. Düzdü, baş məşqçi Böyükağa Hacıyev hazırkı heyəti yetərli sayır.
Lakin fikrimizcə, çempion ən azı 2 oyunçu almalı idi. "Neftçi" hazırda turnir cədvəlində liderlik etsə də, ən yaxın izləyiciləri ilə aradakı fərq çox cüzidi. Flaqman "İnter"i 1, "Xəzər Lənkəran"ı isə 2 xal qabaqlayır. Bu isə o deməkdi ki, "ağ-qaralar"ın mövqelərini əldən vermək üçün 1 oyunda uduzması yetərlidi. "Neftçi" zirvədə rahat nəfəs ala bilməsə də, çempionatın favoritidi. "Ağ-qaralar" mövsümün geridə qalan bölümündə rəqiblərindən üstün futbol sərgiləyib, daha tutarlı təsir bağışlayıb.
İnter. Çempionatda ardıcıl 15 oyundu məğlubiyyət üzü görməyən "bankirlər" liderin ən yaxın izləyicisidi. Lakin müdafiə futboluna üstünlük verən paytaxt klubunun ön xətdə ciddi sıxıntıları var. Komandanın sanballı hücumçuya ehtiyacı duyduğu göz önündədi. Di gəl ki, Dmitri Kramarenko, Ruslan Poladov və Şəhriyar Rəhimovu yola salan "İnter" heç kimlə anlaşmadı.
"İnter"in təlim-məşq toplanışı ərzində keçirdiyi yoldaşlıq oyunlarına gəlincə, 3 görüşdə heç-heçə edən "bankirlər" 2 qələbə qazandılar, 1 dueldən isə məğlub ayrıldılar. "İnter" parlaq oyun nümayiş etdirməsə də, lideri həm səfərdə, həm də evdə (1:0 və 2:1) məğlub etməsi diqqət çəkir. "Bankirlər" "Xəzər Lənkəran"ı da hər iki oyunda məğlub ediblər ki (hər iki oyunda 1:0), bu da önəmli məqamdı.
"İnter"in çempionluğuna iddialı 2 əsas rəqibini həm evdə, həm də səfərdə üstələməsi bu komandanın nə qədər istəkli olmasından xəbər verir. "Bankirlər" zədəli və cəzalı oyunçular səbəbi ilə sıxıntı çəkməsə, "Neftçi"ni titulsuz qoya bilər.
Xəzər Lənkəran. Cüneyt Biçəri Mirça Rednikin bacarmadığını etmək üçün Cənub klubunun "sükanı arxasına" gətiriblər. Özü də lənkəranlıların bunun üçün hər cür imkanı var. Onlar liderdən 2 xal geri qalırlar, heyətləri isə yetərli durumdadı. Üstəlik, baş məşqçinin istəyi ilə qış fasiləsində Akif Tağıyev, Tounkara Sadio, Salif Ballo və Radomir Todorov heyətə cəlb edilib. Onlara tezliklə daha bir neçə əcnəbinin qoşulacağı gözlənilir.
Antalyada normal toplanış keçən "Xəzər Lənkəran" 5 yoxlama görüşündən 3-də qələbə qazanıb, 2 dəfə isə uduzub. Bu görüşlərin komandanın daha da təkmilləşməsi üçün önəmli rol oynadığı aydın məsələdi. İndi əsas məsələ "Xəzər Lənkəran"ın hazırlıq dönəmində etdiklərini çempionatda səhvsiz yerinə yetirməsidi. Yalnız bu yolla cənublu azarkeşlərin çempionluq həsrətinə son qoymaq olar.
Qarabağ. Ağdam təmsilçisi, eləcə də onlarla eyni xala malik olan "Bakı"nın çempionluq şansı yüksək olmasa da, avrokuboka vəsiqə qazanmaq da olduqca önəmlidi. Ona görə də hər iki kollektiv maksimum güc sərf edəcək.
Son illər digər elita təmsilçiləri ilə müqayisədə daha çox beynəlxalq görüş keçirən "Qarabağ" toplanış dönəmində "Taraz", "Obolon" kimi rəqiblərə uduzmaqla özünə bənzəmədi. Düzdü, "Qarabağ" keçirdiyi 6 yoxlama matçından 2-də qalib gəldi. Amma Qurban Qurbanovun yetirmələri Antalyada bir qədər yorğun görünürdülər.
İntizamsızlığı ilə diqqət çəkən Leonardo Roşanın qovulması fonunda "Volqa"dan ayrılan Vaqif Cavadovun transfer olunması "Qarabağ" adına önəmli addım oldu. Düzdü, hazırda cəzalı durumda olan Vaqif qarşıdakı 5 çempionat oyununda ağdamlılara kömək etməyəcək. Amma bu cəzanın yüngülləşdirilməsi də mümkündü.
İstənilən halda, "Qarabağ"ın rəqibləri üçün ciddi problem yaradacağı məlum məsələdi. Əyalət klubunun çempion olması inandırıcı görünməsə də, hər şey mümkündü. Amma ağdamlıların əsasən Avroliqaya vəsiqə uğrunda mübarizə aparacağını söyləməkdə fayda var.
Bakı. Antalyada keçirdiyi 6 oyunun hamısında məğlub olan "Bakı"nın nəinki çempion, hətta avrokuboka vəsiqə qazanacağı inandırıcı görünmür. Baş məşqçi Aleksandr Starkov nə düşünür bilmirik, amma komanda bərbad gündədi. Cari çempionatda iddialı rəqiblərinin kölgəsində qalan "zolaqlılar" nə fərli oyun nümayiş etdirir, nə də normal nəticə qazana bilirlər.
Təbii ki, "Bakı" rəhbərliyi də vəziyyətin fərqindədi. Təsadüfi deyil ki, paytaxt klubu fasilə dönəmində heyətinə hamıdan çox əl gəzdirdi. Fabio Luis Ramim, Əziz Quliyev, Vadim Borets, Emin Cəfərquliyev, Aleksey Savinov, Stevan Bates, Nicat Abdullayev və Jabanı yola salan "Bakı", Lukaş Horvat, Duye Bakoviç, Nenad Kovaçeviç və Serxio Kontreras Pardo ilə anlaşdı. Lakin bu dəyişikliklərin özünü doğruldub-doğrultmayacağı sual altındadı.
Qəbələ. Az da olsa, əyalət klubunun ilk "altılıq"dakı yerini itirmək təhlükəsi var. Lakin böyük ehtimalla, "Qəbələ" ölkə çempionatında mükafatlar uğrunda mübarizə aparan komandalardan biri olacaq. Amma mövsümün gedişində baş məşqçi postunda Toni Adamsı Fatih Kavlakla əvəzləyən əyalət klubunun bu tapşırığın öhdəsindən gələcəyi real görünmür.
Yeri gəlmişkən, fasilə dövründə Serje Cehua ilə vidalaşıb, Yannik Kamanan və Elmar Baxşiyevi transfer edən "Qəbələ" Antalya toplanışıda 5 yoxlama oyunu keçirdi. 2 görüşdən məğlub ayrılan təmsilçimiz eyni sayda da qələbə qazandı.
Bombardir: Bahodir Nasimov (Neftçi) – 11
ŞAMO

| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
|---|---|---|---|---|---|---|---|
| 1 | Neftçi | 18 | 12 | 1 | 5 | 37-16 | 37 |
| 2 | İnter | 18 | 10 | 6 | 2 | 16-9 | 36 |
| 3 | Xəzər Lənkəran | 18 | 10 | 5 | 3 | 27-17 | 35 |
| 4 | Qarabağ | 18 | 8 | 5 | 5 | 20-14 | 29 |
| 5 | Bakı | 18 | 8 | 5 | 5 | 23-16 | 29 |
| 6 | Qəbələ | 18 | 7 | 5 | 6 | 18-19 | 26 |
| 7 | AZAL | 18 | 6 | 5 | 7 | 26-28 | 23 |
| 8 | Rəvan | 18 | 5 | 7 | 6 | 21-22 | 22 |
| 9 | Simurq | 18 | 5 | 4 | 9 | 18-27 | 19 |
| 10 | Kəpəz | 18 | 4 | 4 | 10 | 21-34 | 16 |
| 11 | Sumqayıt Şəhər | 18 | 4 | 3 | 11 | 13-23 | 15 |
| 12 | Turan | 18 | 3 | 2 | 13 | 10-26 | 11 |

0
0