Premyer Liqanın XIX turu təxirə salındı
08.02.2012 - 11:14
Azərbaycan Premyer Liqasının qış fasiləsindən sonra ilk turu təxirə salınacaq. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, son günlər ölkədə davam edən kəskin, qarlı hava şəraiti XIX turun oyunlarının hamısına baş tutmağına imkan vermir. Musayev xüsusilə əyalətdə problemlərin olduğunu bildirib: “Gəncə, Şəmkir, Tovuzda meydançalar qar altındadır. Yalnız Ağdamla adam tapıb, məlumat ala bilməmişik. Ancaq 1 oyunla turu keçirmək də olmaz. Gərək əyalətə gedən qonaq komandanı da fikirləşmək lazımdır. Bakıdakı stadionlara gəlincə, süni örtüklü meydançalarda qarı təmizləmək daha çətindir. Çünki bu zaman oradakı rezin örtük korlanır. Klublarımız stadion inşasına milyonlarla pul xərcləyirlər. Belə olan halda, 1 oyuna görə onları çətin vəziyyətdə qoymaq düzgün olmazdı. Bütün bunları nəzərə alaraq, növbəti turun oyunlarını təxirə salacağıq. Məsələ bu gün qərar kimi rəsmiləşəcək”.
İndi futbolsevərləri maraqlandıran əsas məqam həmin turun hansı vaxtda keçirilməyidir. Çünki onsuz da növbəti 3 tur milli komandamızın Dubayda fevralın 22-dən martın 1-dək təlim-məşq toplanışı ilə əlaqədar qabağa çəkilib və nəticədə təqvimdə sıxlıq yaranıb.
PFL prezidenti söhbətimizdə məlum oldu ki, XIX tur millimiz Dubaydan qayıdandan sonra keçiriləcək: “Növbəti turun hansı vaxtda keçirilməyi ilə bağlı bir variant var. Bu da Azərbaycan kubokunun 1/4 final mərhələsinin keçiriləcəyi martın 7-8-dir. Turu həmin vaxta salıb, kubok oyunlarını 1 həftə sonraya keçirmək olar”.
Qeyd edək ki, növbəti turda fevralın 10-da AZAL – “Sumqayıt”, “Qarabağ” – “Simurq”, 11-də “Turan” – “Xəzər Lənkəran”, “İnter” – “Rəvan”, “Kəpəz” – “Qəbələ”, “Bakı” – “Neftçi” oyunlarının keçirilməyi nəzərdə tutulmuşdu.
Mehman SÜLEYMANOV

0
0