Ronaldinyonun məşqçisindən yeni rekord
08.02.2012 - 11:33
Ronaldinyonun məşqçisindən yeni rekord
Braziliyanın “Flamenqo” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Ronaldinyo və Vaqner Lav kimi ulduzların oynadığı komandaya Joel Santana rəhbərlik edəcək.

63 yaşlı mütəxəssis bu posta təyin olunmaqla qeyri-adi rekorda imza atıb. Belə ki, o, baş məşqçilik karyerasında 30-cu dəfə hansısa komandaya təyinat alıb. 5-ci dəfə “Flamenqo”nun “sükanı arxasına” keçən Santana bu dəfə Vanderley Luşemburqunu əvəzləyib. Mütəxəssis "Botafoqo", "Vasku da Qama", "Flamenqo" və "Fluminense" klublarının 4-ü ilə də Rio-de-Janeyro ştatının çempionu olan yeganə mütəxəssisdir.