Ukrayna yığmasının üzvləri ölümdən döndülər
08.02.2012 - 11:39
Ukrayna futzal yığması Avropa çempionatının final mərhələsinin keçirildiyi Xorvatiyada qəzaya düşüb. Apasport.az saytının məlumatına görə, ukraynalılar 1/4 finalda meydan sahiblərinə uduzduqdan sonra Splitdən Zaqrebə qatarla qayıdan zamanı az qala həlak olacaqlarmış. Belə ki, qatar relsdən çıxaraq, yarğana düşürmüş.
Milli komandanın baş məşqçisi Gennadi Lisençuk qatarın yarğandan 10 metr aralıda dayandığını bildirib: “Burada relslər qarla örtülüb. Qatar dönərkən, yolunda çıxaraq, 40 metr çınqıllıqla hərəkət etdi. Bir az da getsəydi, yarğana düşəcəkdi. Oradakı yarğanlar çox dərindir – 40 metrdən artıq. Ancaq Allaha şükür, bundan qurtardıq. Biz ilk vaqonda, maşinistin kabinəsindən dərhal arxada gedirdik. Hər şey çox tez baş verdi. Vaqon yetərincə silkələndi, ancaq xoşbəxtlikdən aşmadı, yalnız əyildi. Xəsarətsiz qurtardıq. Yalnız yolsa 3 saat itirdik. Zaqrebdən getdiyimiz kimi 3 vaqonlu qatar gəldi. Biz ona mindik və yolumuza davam etdik”.
Ukrayna yığması gecə saatlarında təyyarə ilə Zaqrebdən Kiyevə yollanıb.
Qeyd edək ki, milli komandamız da Avropa çempionatında qrupdan çıxacağı halda, ¼ final oyununu keçirmək üçün Zaqrebdən Splitə getməli idi. Ancaq ora qarlı hava ilə əlaqədar təyyarə reysi olmadığından, avtobusla yollanmaq variantı vardı. Sonda qrupda qalan millimiz fevralın 4-də Zaqreb – İstanbula – Bakı hava reysi ilə Vətənə qayıtdı.

0
0