Qurban Qurbanov təkzib edir: Ukrayna mətbuatı yanlış xəbər yazıb
08.02.2012 - 12:28
“Ansi Aqolli müqavilə ilə bizə məxsusdur. O, bizimlə Türkiyədə təlim-məşq toplanışında iştirak edib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Ukrayna mətbuatında albaniyalı futbolçu Anqi Aqollinin 2009-cu ilin yayında Ağdam təmsilçisinə gəldiyi “Krivbass”a qayıtması barədə informasiya yer alıb. Bundan xəbərdar olan Qurbanovun sözlərinə görə, bu, sadəcə anlaşılmazlıqdır: “Ansi hazırda düşərgəmizdədir. O, mövsümün qalan hissəsinə bizimlə hazırlaşır. Aqollinin qış fasiləsində komandamızdan getmək variantı olmayıb. Albaniya yığmasının da üzvü olan müdafiəçi bizə gələndə, onu 6 aylığa icarəyə götürmüşdük. Sonradan transfer vərəqini aldıq və birdəfəlik keçidini həll etdik. Ukrayna mətbuatında gedən məlumatın nədən qaynaqlandığını deyə bilmərəm. Onların yazdığı yanlış informasiyadır”.
Qeyd edək ki, müdafiənin sol cinahında çıxış edən Anqi “Qarabağ”ın əsas heyətinin əvəzolunmaz oyunçusudur.
Mehman SÜLEYMANOV

0
0