PFL təxirəsalmalarla bağlı qərar verdi
08.02.2012 - 12:59
Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən Azərbaycan Premyer Liqası və I divizionun təqvimində dəyişikliklər edilib. Apasport.az-ın məlumatına görə, bu gün Peşəkar Futbol Liqası (PFL) bununla bağlı qərar verib.
Premyer Liqasının XIX turunun bütün görüşləri fevral 10-11-dən martın 7-nə keçirilib. Bu üzdən də Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları martın 7-8-də deyil 13-14-də baş tutacaq.
Həmin tarixdə baş tutmalı olan cavab oyunları isə 13-14-də deyil, 28-29-da keçiriləcək. I divizionun XVI turunun bütün görüşləri isə fevralın 11-12-dən martın 28-29-a keçirilib.

0
0