AFFA hesabat-seçki konfransının vaxtını açıqladı
08.02.2012 - 13:20
AFFA hesabat-seçki konfransının vaxtını açıqladı
AFFA-nın hesabat-seçki Konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, tədbir martın 9-da baş tutacaq. AFFA-nın inzibati binasında keçiriləcək konfrans saat 10:00-da başlayacaq.

Konfransın gündəliyi hələlik tam açıqlanmasa da yığıncaqda AFFA prezidenti postuna seçkilərin keçiriləcəyi dəqiq məlumdur. Sonuncu dəfə 2008-ci ilin martında keçirilən prezident seçkisindən 4 il sonra növbəti seçim baş tutacaq. AFFA-nın prezidenti ilə yanaşı İcraiyyə Komitəsinə seçkilər də gerçəkləşəcək və qurumun yeni tərkibi müəyyənləşəcək.

Qeyd edək ki, ötən il hesabat-seçki konfransı martın 5-də baş tutmuşdu.