“Xəzər Lənkəran”: biri gəlib, biri də gəlir
08.02.2012 - 13:45
“Xəzər Lənkəran”: biri gəlib, biri də gəlir
“Xəzər Lənkəran”ın son transferlərindən biri olan Radomir Todorov artıq komandanın düşərgəsinə qoşulub. Apasport.az saytının məlumatına görə, 1 illik fasilədən sonra Lənkəran təmsilçisinə qayıdan bolqarıstanlı müdafiəçi Bakıdan ayrılaraq, köhnə-təzə klubunun sıralarına qatılıb.

Azərbaycana gələn 2-ci kosta-rikalı kimi tarixə düşəcək Rendall Brenes isə yol üstdədir. Belə ki, meneceri və məxsus olduğu “Kartagin” klubunun prezidenti ilə birlikdə Türkiyəyə gələn cənubi amerikalı hazırda Ankaradadır. “El-Çiki” ləqəbli hücumçu yaxın günlərdə oradan ölkəmizə gələcək.