“Krivbass” Ansi Aqollinin məsələsinə aydınlıq gətirdi
08.02.2012 - 15:34
“Krivbass” albaniyalı futbolçu Ansi Aqollinin məsələsinə aydınlıq gətirib. Ukrayna klubunun mətbuat xidmətinin rəhbəri Yuri Rassudin apasport.az saytına açıqlamasında 2009-cu ilin yayından “Qarabağ”da çıxış edən 30 yaslı sol cinah müdafiəçisini transfer etmədiklərini bildirib. O, Ansinin komandalarına qayıtmağı ilə bağlı sport.som.ua saytında gedən xəbərin doğru olmadığını bildirib: “Bu, səhv məlumatdır. Mən sizə tam məsuliyyətimlə deyirəm ki, Aqolli “Krivbass”dan gedəndən sonra düşərgəmizdə olmayıb. Ansini qaytarmaq planlarımıza daxil olmayıb. Məncə, ukraynalılar bu məlumatı Almaniyanın hansısa saytından götürüblər. Onlar bunu görəndə, xəbərin yeni olduğunu zənn edərək, yazıb. Ancaq əslində bu, həqiqət deyil. Biz kiməsə müraciət etmək fikrində deyilik. Yazılanları anlaşılmazlıq sayırıq”.
Qeyd edək ki, Almaniyanın məşhur transfermarkt.de saytı və onun Ukrayna daxil olmaqla, bir sıra törəmələrində Ansinin bu il “Qarabağ”dan “Krivbass”dan keçdiyi göstərilib.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, Almaniyanın məşhur transfermarkt.de saytı və onun Ukrayna daxil olmaqla, bir sıra törəmələrində Ansinin bu il “Qarabağ”dan “Krivbass”dan keçdiyi göstərilib.
Mehman SÜLEYMANOV
0
0