Ronaldo 1 milyon avroya avtomobil aldı
08.02.2012 - 16:21
Ronaldo 1 milyon avroya avtomobil aldı
Portuqaliya yığmasının və İspaniya “Real”ının futbolçusu Kriştianu Ronaldo qiymətli hədiyyə alıb. Apasport.az saytının məlumatına görə, 27 yaşını sevgilisi İrina Şeyklə dar çərçivədə qeyd edən ulduz hücumçu özünə hədiyyə alıb.

Ronaldo 1 milyon avroya yaxın ödəyərək “Lamborcini-Aventador”a sahib olub. Bu eksklüziv modeli aldıqdan sonra Ronaldonun şəxsi avtoparkındakı maşınların sayı artıb. Onun bundan başqa 1 “Bentli”, 4 “Audi”si, 2 “Mersedes”i, həmçinin “Aston Martin”, “Mazerati” və “Porşe”si var.