PFL-ə borcu olan klubların adları açıqlandı
09.02.2012 - 00:03
“Bizə 4-5 klubun borcu var. Onlar arasında “Turan”, “Kəpəz”, “Simurq”u qeyd edə bilərəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Vaxtilə milli çempionatımızın qalibləri olan Qərb təmsilçiləri – “Turan”la “Kəpəz”in cari mövsümdə çıxışını dayandırmağı ilə bağlı xəbərlər yayıldı. Tovuz klubunun prezidenti Musa Süleymanov maddi problemlərə görə imtina etdikdən sonra Premyer Liqada çıxışı sual altında idi. “Kəpəz” isə qış fasiləsi yaranan kimi fəaliyyətini dayandırmağı ilə bağlı rəsmi açıqlama verdikdən az sonra bunun əksi baş verdi.
Musayev Gəncə və Tovuz təmsilçilərində problemlərin arxada qaldığına inanır. O, ən çox borcu olan klubun adını açıqladı: “Ən çox borc “Turan”ındır. Yəqin ki, klublar bunu çempionatın startına kimi ödəyəcək. “Turan”ın yeni rəhbərliyi, rayon icra başçısı Tofiq Zeynalovla söhbətim olub. “Kəpəz”də isə vəziyyət yaxşılaşıb. Komanda Antalya təlim-məşq toplanışında oldu, orda uğurlu oyunlar keçirdi”.
Qeyd edək ki, “Kəpəz” qış fasiləsində keçirilən beynəlxalq yoxlama oyunlarında nəticələrə görə ən yaxşı klubumuz oldu. Uduzmayan gəncəlilər çıxdığı 3 matçdan 2-də qalib gəlib, 1-də heç-heçə edib. “Turan” isə cari mövsümdə AFFA-nın İntizam Komitəsi tərəfindən ən çox cərimələnən klublardandır.
Mehman SÜLEYMANOV

0
0