“Muaremin oyununu hələ 21 yaşlılardan ibarət yığmada görüb, bəyənmişdim”
08.02.2012 - 18:00
“Qış fasiləsində yeni transferlə bağlı işləri başa vurduq. Makedoniyalı yarımmüdafiəçi Muarem Muarem sonuncu transferimiz oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qış fasiləsində gənc yerli oyunçular - müdafiəçi Eltun Yaqublu və hücumçu Vaqif Cavadovu heyətinə qatan ağdamlılar son olaraq Makedoniya millisinin yarımmüdafiəçisi Muarem Muaremin keçidini həll edib.
Qurbanov 2,5 illik müqavilə imzaladıqları 23 yaşlı legionerin uğur gətirəcəyinə inanır. O, Muaremin oyununu hələ ölkəsinin 21 yaşlılardan ibarət yığma komandasında görüb, bəyəndiyini bildirib: “O, artıq Makedoniyanın əsas yığmasında çıxış edir. Türkiyədə olduğumuz zamanı bir neçə legioneri baxışa çağırdıq. Ancaq onların heç biri bizi qane etmədiyindən, geri qaytardıq. Bundan sonra Muaremin keçidini reallaşdırdıq. Onun Türkiyənin “Orduspor” klubunda oynadığı haqda məlumatımız vardı. Futbolçu ilə söhbətimiz oldu. Onun həm oyun səviyyəsi, futbol biliyi, həm də insan kimi xarakteri istəyimizə uyğun gəldi. Belə olan halda, transferi gerçəkləşdirdik. Muaremin çıxış etdiyi oyun qurucusu mövqeyində futbolçumuz az olduğundan, bizə ora oyunçu lazım idi”.
Qeyd edək ki, son günlərdə qarlı hava şəraiti “Qarabağ”ın da planlarına təsir etsə də, hazırlıq davam edir. Peşəkar Futbol Liqasının növbəti turu təxirə salmağı üzündən komandanın “Simurq”la Ağdamdakı oyunu baş tutmayacağından, fevralın 15-də “Bakı” ilə səfər matçına hazırlaşmalı olub.
Mehman SÜLEYMANOV

0
0