Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşdi
09.02.2012 - 09:38
Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşdi
Afrika Millətlər Kubokunda finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər 2 oyunda minimal hesablı qələbələr qeydə alınıb. Didye Droqbanın kapitanı olduğu Fil Dişi Sahili yığması ilk hissənin son dəqiqəsində vurduğu qolla finala vəsiqə qazandı.

Bununla da həmin milli 20 illik fasilədən sonra “qara qitə”nin çempionu olmaq şansına malikdir. Digər finalçı olan Zambiya yığması isə oyunun sonuna yaxın qələbə topunu vurmağa müvəffəq olub.

Mali – Fil Dişi Sahili – 0:1
Jervinyo, 45

Zambiya – Qana – 1:0
Mayuka, 78