Millimizin ilk rəqibi Avropa çempionatının iştirakçısı ilə görüşəcək
09.02.2012 - 10:59
Millimizin ilk rəqibi Avropa çempionatının iştirakçısı ilə görüşəcək
Azərbaycan milli komandasının 2014-cü dünya çempionatının seçmə mərhələsində ilk görüşünü keçirəcəyi İsrail yığmasının növbəti yoxlama oyununda rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, rəqibimiz mayın 26-da Çexiya yığması ilə oynayacaq. Avropa çempionatının final mərhələsinin iştirakçısı ilə matç Avstriyada hazırlıq prosesində keçiriləcək. İsrail yığması mayın 20-dən 29-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək. Bundan sonra Leyptsiqə yollanacaq komanda iyunun 1-də orada Almaniya yığması ilə görüşəcək. Özü də bu, almanların 2012-ci il Avropa çempionatının final mərhələsi öncəsi axırıncı sınağı olacaq.

Qeyd edək ki, İsrail yığması bu il digər yoxlama oyunlarında fevralın 29-da Ukraynanı qəbul edəcək, avqustun 15-də Macarıstanın qonağı olacaq. Onlar millimizlə səfər oyununu sentyabrın 7-də keçirəcək.