Mişel Platini qalmaqal yaradıb, futbolçu döydü - FOTO
09.02.2012 - 11:55
Mişel Platini Bolqarıstan futbolunda qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, UEFA prezidenti Mişel Platininin braziliyalı adaşı oynadığı Sofiya MOİK-in heyətində Türkiyədəki beynəlxalq turnirin finalında Buxarest “Dinamo”su ilə matçda insidentin əsas iştirakçısı olub.
Belə ki, ordu klubunun 1:2 hesabı ilə uduzduğu görüşün sonunda rumıniyalıların futbolçusu Laurentiu Rusa Platiniyə qarşı sərt şəkildə sürüşmə fəndi edib. Bundan sonra rəqibinin üstünə atılan Mişel onu yumruqları ilə döyməyə başlayıb. Nəticədə oyunda böyük qalmaqal yaranıb. İndi Platinini klub tərəfindən cəza gözləyir.
Qeyd edək ki, MOİK-in hücumçusu əfsanəvi fransalı futbolçunun şərəfinə Mişel Platini adlandırılıb.

0
0