Araz Abdullayev məşqlərə başladı
09.02.2012 - 13:04
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev çıxış etdiyi Yunanıstanın “Panionios” klubunun məşqlərinə qatılıb. Apasport.az saytının məlumatına görə, 3 gün əvvəl keçirilən yoxlama oyununda yüngül xəsarət alan 20 yaşlı yarımmüdafiəçinin durumu qənaətbəxşdir. Zədəsinin ciddi olmadığı aşkarlanan Abdullayev “Yannina” ilə qarşılaşmaya hazırlaşan komandasının sıralarına qoşulub.
Qeyd edək ki, Araz “Etnikos Asteras”la qarşılaşmada arxadan ayağına zərbə almışdı.
Qeyd edək ki, Araz “Etnikos Asteras”la qarşılaşmada arxadan ayağına zərbə almışdı.
0
0