İquain Mourinyoya “fahişə oğlu” dedi
09.02.2012 - 14:09
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo təhqir olunub. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun argentinalı hücumçusu Qonsalo İquainin kiçik qardaşı Lautaro portuqaliyalı mütəxəssisin anasını fahişə adlandırıb.
Kiçik İquain Mourinyonun “Real”dan ayrılıb, İngiltərəyə qayıtmağının mümkünlüyü ilə bağlı xəbərə məşhur “Tvitter” sosial şəbəkəsində şərh yazıb: “Bu, baş verən ən yaxşı şey ola bilər. Çünki Mourinyo fahişə oğludur. O, “Barselona” ilə necə oynamağı bilmir”.
Həmin status dərhal pozulsa da, “Real” azarkeşləri onu internetdə yaymağa imkan tapıblar.
Təbii ki, Lautaronun bu hərəkəti Qonsalonun “Real”da vəziyyətinə pis təsir gedəcək. Ancaq digər tərəfdən, hücumçu əsas heyətdə yerini itirdiyi komandadan “Çelsi”yə keçməyə yaxın olduğundan, qardaşının sayəsində buna nail ola bilər.

0
0