Azərbaycan yığmasına qarşı 4 Əhməd və 4 Mohammed
09.02.2012 - 15:59
Azərbaycan yığmasına qarşı 4 Əhməd və 4 Mohammed
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir rəqibini heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, fevralın 29-da millimizlə yoldaşlıq oyunu keçirəcək Fələstin yığmasının heyəti məlum olub. Dubaydakı son rəqibimiz 36 futbolçuya dəvət göndərib. Bu qədər futbolçunu isə nəinki rəsmi, eləcə də yoldaşlıq görüşü üçün çox saymaq olar. Fələstin yığmasında Əhməd və Mohammed adlı 4 futbolçunun olmağı diqqəti çəkir.

Fələstin yığmasının heyəti

Əbdallətif Əlbahdari
Əbdüləmid Əbuhəbib
Əhməd Salama
Əhməd Varidat
Əhməd Keşkeş
Əhməd Mahayna
Alaa Atiya
Əşrəf Əlfavaqra
Atef Əbubilal
Fahed Attal
Fahed Əlfaxuri
Haytam Tib
Hüsam Əbusalah
Hüsam Vadi
İmad Zaatara
İsmail Alamur
Kader Əbuhəmmad
Xaled Mehdi
Xaled Salem
Mahmud Şaixqasem
Mali Kavare
Mohammed Əbukeşek
Mohammed Mohammed
Mohammed Şbair
Mohammed Cebrin
Musa Əbucazar
Murad Səid
Nədim Baraqtha
Ömər Caaron
Raed Fares
Rafət Ayyad
Rəmzi Saleh
Samer Helsi
Süleyman Obaid
Tavfiq Əbuhəmməd
Vasim Əbdalhadi

Qeyd edək ki, millimiz Dubayda ilk olaraq fevralın 24-də Sinqapur, bundan 3 gün sonra Hindistanla görüşəcək.