“İnter” daha 1 oyunçusunu “Simurq”a verdi
09.02.2012 - 16:36
“İnter” daha 1 oyunçusunu “Simurq”a verdi
Zaqatalanın “Simurq” klubu daha 1 futbolçunun transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi müdafiəçi Rüstəm Abbasovu heyətinə cəlb edib. Buna qədər “İnter”in heyətində çıxış edən gənc futbolçu mövsümün sonunadək icarə əsasında “Simurq”un uğurları üçün çalışacaq. Abbasov “Simurq”da 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Abbasova qədər Dmitri Kramarenko və Ruslan Poladov da “İnter” tərəfindən “Simurq”a icarəyə verilmişdi.