Braziliya millisi Azərbaycana gələ biləcəkmi?
09.02.2012 - 17:37
Braziliya millisi Azərbaycana gələ biləcəkmi?
Martın 3-də 17 yaşadək qızlar arasında Cənubi Amerika çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, Boliviyada keçiriləcək qitə birinciliyinin təşkili 900 min dollara başa gələcək. Bu xərcin 700 mini qitə futbol federasiyası (KONMEBOL), qalan hissəsi isə boliviyalıların üzərinə düşəcək. Bu yarış Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyır. Belə ki, çempionatda ilk 3 yeri tutan komandalar mundiala vəsiqə qazanacaq.

Cənubi Amerika çempionatında komandalar 2 qrupda mübarizə aparacaq. A qrupunda Argentina, Ekvador, Peru, Uruqvay , Boliviya, B qrupunda isə Braziliya, Çili, Kolumbiya, Paraqvay və Venesuela çıxış edəcək.