Avropa çempionatının finalçıları müəyyənləşdi
10.02.2012 - 09:51
Avropa çempionatının finalçıları müəyyənləşdi
Futzal üzrə Xorvatiyada keçirilən Avropa çempionatında (AÇ) finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Zaqrebdəki həlledici oyunda Rusiya və İspaniya yığmaları görüşəcək. Ruslar meydan sahibləri ilə oyunda hesabda 4:0 irəlidə olduqları halda, sonradan 2 qol buraxsa da, qələbəni əldən verməyib – 4:2. İspaniya isə İtaliyanı minimal hesabla (1:0) yenə bilib. Bununla da ispanlar ardıcıl 2-ci dəfə AÇ-nin finalına çıxıb. Onlar 2 il öncə Portuqaliyaya qalib gəlib, titul qazanmışdı. Vaxtilə AÇ-nin qalibi olan ruslar isə uzun fasilədən sonra finalda oynayacaq.

Qeyd edək ki, “Zaqreb Arena”dakı final oyunu fevralın 12-də keçiriləcək.