“Fənərbaxça” yenidən “Rabitə”yə rəqib oldu
10.02.2012 - 10:12
“Fənərbaxça” yenidən “Rabitə”yə rəqib oldu
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsində “Rabitə” klubunun rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin yetirmələri Bakıda keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanmaq üçün “Fənərbaxça” (Türkiyə) səddini aşmalıdır.

Qrup mərhələsində də bir-birinə rəqib olan komandalar arasında 1/4 final mərhələsinin ilk matçı fevralın 21-23-də paytaxtımızda, cavab görüşü isə 1 həftə sonra səfərdə baş tutacaq.

Qeyd edək ki, “Fənərbaxça” 1/8 finalda Çexiyanın “Modranska” klubuna hər 2 oyunda qalib gəlib.