Vitse-prezidentin meyiti tapıldı
10.02.2012 - 10:51
Vitse-prezidentin meyiti tapıldı
Çexiyanın “Sparta” klubu xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Praqa təmsilçisinin ofisində vitse-prezident Lukaş Prşibilin meyiti tapılıb.

Hazırda 33 yaşlı klub rəsmisinin ölümünün səbəbləri araşdırılır. İlkin ehtimal kimi onun sağlamlığında problemin olduğu bildirilir. Lakin paytaxt polisi məsələyə aydınlıq gətirmək üçün meyitin yarılmasını zəruri sayır.