“Beşiktaş”ın əfsanəvi futbolçusu Jabaya qiymət verdi
10.02.2012 - 11:28
“Antalyaspor”un baş məşqçisi Mehmet Özdilək yeni transferi Jabanı dəyərləndirib. Apasport.az saytının məlumatına görə, “Beşiktaş”ın əfsanəvi futbolçularından olan “Şifo Mehmet” ləqəbli gənc çalışdırıcı qış fasiləsində “Bakı”dan aldıqları təcrübəli braziliyalı hücumçunun faydalı olacağına inanır.
Özdilək Jaba kimi dövrlərarası fasilədə transfer etdikləri “Beşiktaş”ın sabiq hücumçusu Sinan Kaloğlunu fərqləndirib: “Jabadan fərqli, Sinanda məşq çatışmazlığı var. Braziliyalı “Trabzonspor”la görüşdə meydanda olduğu dəqiqələrdə yaxşı bir oyun göstərdi. Onun daha yaxşı səviyyədə oynayacağına inanıram. Jaba yaxşı futbolçudur. Transfer etdiyimiz bu hücumçuların növbəti oyunlarda komandamıza daha çox xeyir verəcəyinə inanıram”.
Qeyd edək ki, Jaba 2009-cu ilin yayında “Bakı”ya keçənə məhz Türkiyə Superliqasında çıxışı ilə tanınıb.

0
0