“Ağ-qara” formanı son dəfə geyinib, “Xəzər Lənkəran”a keçir
10.02.2012 - 11:41
“Ağ-qara” formanı son dəfə geyinib, “Xəzər Lənkəran”a keçir
“Xəzər Lənkəran”ın Türkiyənin “Beşiktaş” klubundan icarəyə götürmək üzrə olduğu Mehmet Akyüz Türkiyə Superliqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi İstanbul nəhənginin “Sivasspor”la səfər matçının iştirakçısı olub.

O, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın sonlarında oyuna daxil olub. Mehmet 88-ci dəqiqədə Necipi əvəzləyib.

Qeyd edək ki, “Xəzər Lənkəran”la “Beşiktaş”la əldə olunan razılığa əsasən icarəyə götürülməli olan Akyüzün keçidi həllini tapsa, Sivasdakı matç onun üçün “ağ-qara” formada sonuncu olacaq.