“Xəzər Lənkəran” Stevan Bateslə güclənir
10.02.2012 - 12:14
“Xəzər Lənkəran” daha bir futbolçunu heyətinə qatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi “Bakı”nın sabiq müdafiəçisi Stevan Bateslə güclənir.
Serbiyalı həmkarlarımızın iddiasına əsasən, artıq Belqradı tərk edən arxa xətt oyunçusu Lənkərana yollanıb. Ötən ilin dekabrında “Bakı” ilə müqaviləsi bitən Bates vətənində 1 ay keçirdikdən sonra yenidən Azərbaycan Premyer Liqasına qayıdır.
Bu bir ay müddətdə “Rad” klubunun düşərgəsində olan Stevan Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında 1 yoxlama oyununa da çıxıb. Lakin Azərbaycandan təklif alan müdafiəçi “Rad”la vidalaşmağa qərar verib.
Artıq onun komanda yoldaşları ilə vidalaşdığı da bildirilir. Onun bu klubla yeni müqavilə imzaladığını nəzərə alsaq, “Xəzər Lənkəran”ın onu 1 illik icarəyə götürəcəyi gözlənilir.
Qeyd edək ki, müdafiənin mərkəzində oynayan Bates Premyer Liqada “Bakı”nın heyətində keçirdiyi 3 ildə 44 matça çıxıb.

0
0