Stevan Bates danışdı: Cüneyt Biçər zəng edib, mənə dedi ki...
10.02.2012 - 12:28
Stevan Bates danışdı: Cüneyt Biçər zəng edib, mənə dedi ki...
“Xəzər Lənkəran”a keçidimlə bağlı ilkin söhbətimiz hələ yanvarda olmuşdu. Amma bu gün mənə yenidən zəng gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri serbiyalı futbolçu Stevan Bates deyib.

Hazırda “Rad” klubuna məxsus olan “Bakı”nın sabiq mərkəz müdafiəçisi “Xəzər Lənkəran”a keçidi haqda danışıb: “Zəng edən “Bakı”da oynadığım vaxt komandamızın baş məşqçisi olmuş Cüneyt Biçər idi. İndi o, “Xəzər Lənkəran”ın baş məşqçisidir. Biçər mənə bu komandada da onun rəhbərliyi altında çıxış etməyi təklif etdi. Məndən nə istədiyimi soruşdu. Onun təklif etdiyi şərtlər daha cəlbedici idi”.

Bates Serbiya Superliqasında çətin vəziyyətdə olan “Rad”ı tərk etməsinə də münasibət bildirib: “Rad” üçün qətiyyən narahat deyiləm. Komandamız gənc futbolçulardan ibarətdir. Mən olmadan da Superliqada qalmağı bacaracaqlar. Təcrübəsiz olsalar da, mən onlara inanıram”.

Qeyd edək ki, Bates 2009/10 mövsümündə Biçərin rəhbərliyi altında Azərbaycan kubokunun qalibi və Premyer Liqanın gümüş mükafatçısı olub.