Səmtini dəyişən “təyyarə”
10.02.2012 - 13:56
Əsgər Abdullayevlə Nazim Sülemyanovun dövründə iddialı AZAL görməyə adət etmişdik. Birincinin zamanında qızıl medalları son anda əldən verən "təyyarəçilər" davamlı olaraq çempionluğa oynayan komanda olmasa da, ən azı mükafatçılar sırasına düşməyə cəhd edirdi. Təsadüfi deyil ki, sonuncu mövsümdə zəif heyətə rəğmən, paytaxt təmsilçisi Avroliqaya vəsiqə qazana bildi. Amma Süleymanovun yetirmələrinin I təsnifat mərhələsində "Minsk" səddini keçə bilməməsi gənc çalışdırıcının tutduğu postdan istefa verməsi ilə nəticələndi. Elə bununla da "təyyarəçilər"in qara günləri başladı.
Əslində, AZAL-ın hazırda iddiasız bir kollektivə çevrilməsini Süleymanovun komandadan ayrılması ilə bağlamaq yanlış olardı. Hər halda, paytaxt klubunun rəhbərliyi vaxt itirmədən ona əvəzləyici tapdı. Komandanın "sükanı arxasına" gətirilən Elxan Abdullayev gənc olmasına rəğmən, "İnter" və əsas yığmada məşqçi işlədiyi dövrdə xeyli təcrübə toplamışdı və bu, onun üçün bir növ özünü sübut etmək üçün fürsət idi. Di gəl çempionatın startından bir qədər sonra məlum oldu ki, yeni baş məşqçi ilə AZAL-ı uğurlu gələcək gözləmir. Abdullayev AZAL-ı öz əlləri ilə saldığı "qara zolaq"dan çıxarda bilməyincə, çıxış yolunu getməkdə gördü.
"Təyyarəçilər"in Premyer Liqanın ardıcıl 7 turunda qələbə qazana bilməməsi gənc çalışdırıcının istefa verməsi ilə nəticələndi. Əslində, Abdullayev postunu daha erkən tərk etmək istəyirdi. Lakin bir az səbrli davranıb, vəziyyəti dəyişəcəyinə ümid edirdi. Amma paytaxt klubunun XI turda "Sumqayıt Şəhər"ə ilk qələbə sevincini yaşatması onun "ağ bayraq" qaldırması ilə sonuclandı.
Abdullayevin istefasından sonra AZAL-ın Şahin Diniyev, Yunis Hüseynov kimi işsiz mütəxəssislərdən biri ilə anlaşacağı gözlənilirdi. Lakin AZAL rəhbərliyi bəyanat yayaraq qış fasiləsinədək hansısa yeni mütəxəssislə anlaşmaq niyyətində olmadıqlarını bildirdilər. Və artıq fasilə bitdiyindən Elxan Abdullayevi əvəzləyən köməkçisi Rafiq Mirzəyevin işini davam etdirəcəyi dəqiqləşib.
Əslində, Mirzəyevin baş məşqçi postunda qalması "təyyarəçilər"in onun təyinatından sonra uğurlu çıxışı ilə bağlıdı. Hər halda, komanda onun rəhbərliyi altında çempionatda keçirdiyi ilk 4 oyundan 3-də qələbə qazandı, 1 görüşdən isə "sülh"lə ayrıldı. Lakin "təyyarəçilər"in tilsimi "Neftçi" ilə oyunda sındı. Özü də 1:7 hesablı məğlubiyyətlə. Üstəlik, AZAL-ın sonuncu turda "Rəvan"a da (1:3) uduzması göstərdi ki, paytaxt klubu üçün ilk "altılığ"a düşmək çətin olacaq.
Düzdü, hazırda 23 xalla 7-ci pillədə qərarlaşan AZAL-la "altılığ"ı qapayan "Qəbələ" arasındakı fərq elə də böyük deyil. Hər halda, 3 xallıq kəsiri istənilən vaxt aradan götürmək olar. Lakin AZAL-ın qış fasiləsindəki fəaliyyəti bu komandanın silahı yerə qoyduğunu söyləməyə əsas verir. Vaqif Qasımovun əvəzinə klubun prezidenti təyin olunan Zaur Axundovun nə düşündüyü maraq doğurur. "Təyyarəçilər" qış fasiləsində ölkəni tərk etməyən 3 Premyer Liqa təmsilçisindən biridi. Üstəlik, paytaxt klubunun transfer bazarındakı fəaliyyəti də bərbad səviyyədədi.
"Qəbələ"ni və ya başqa bir komandanı ilk "altılıq"dan sıxışdırmaq istəyən klub fasilə dövründə normal hazırlıq keçmək üçün ölkə xaricinə üz tutmalı idi. Bəs AZAL nə etdi? "Təyyarəçilər" Bakıda qalıb, cəmi 3 yoxlama oyunu keçirdilər. Onun da 2-ni "Neftçala" ilə. Hər 2 dueldə I diviziondan olan rəqibini 2 cavabsız qolla üstələyən AZAL-ın digər görüşü isə "Rəvan"la baş tutdu. Debütantı 5:2 hesabı ilə üstələyən paytaxt klubu bununla da "dəftəri bağladı". İndi özünüz düşünün, bu mükafatlar uğrunda mübarizə aparmağı düşünən bir kollektivə yaraşan davranışdırmı?
Yoxlama görüşlərini bir qırağa qoyaq. Fasilə dönəmində Kristian Ruiz və Vüsal Qarayevlə yollarını ayıran "təyyarəçilər" cəmi 2 oyunçu ilə anlaşıblar. Oyun praktikası baxımından əziyyət çəkən Tural Nərimanovla Şəhriyar Rəhimovu transfer edən bakılılar bununla da işlərini bitmiş saydılar.
AZAL-ın sponsorunun kimliyi hər kəsə məlumdu. O da məlumdu ki, necə deyərlər, pul bir onlardadı, bir də ingilisdə. Amma iş ondadı ki, sponsorlar açıq-aşkar komandaya lazımi səviyyədə vəsait ayırmaq istəmirlər. AZAL-ın iddialı komanda imicini itirməsinin əsas səbəbi də məhz budu. Artıq "təyyarəçilər"dən ciddi uğur gözləməyə dəyməz.
Şamo

0
0