“Qarabağ”ın Qarası qayıtdı
10.02.2012 - 14:45
“İlkin müayinə zamanı əməliyyat olunmağın vacibliyini söylədilər. Amma İstanbulda təkrar müayinədən sonra həkimlər xüsusi proqramla çalışacağım halda əməliyyata ehtiyac olmadığı üzə çıxdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.
Türkiyədə keçirilən təlim-məşq toplanışı zamanı dizindən zədə alan, əməliyyat üçün İstanbula göndərilən futbolçu sonradan aparılan müalicələr sayəsində cərrahi müdaxilədən yaxa qurtara bilib. Yanvarın 23-dən Türkiyənin ən böyük şəhərində 2 həftədən çox xüsusi müalicə alan Qara artıq Bakıya dönüb: “Belədə İstanbulda bir qədər çox qalmalı oldum. Hardasa 2 həftə həkim nəzarətində çalışdım. Sol dizimdə müəyyən problemlər vardı. İndi hər şey yaxşıdır. Fərdi məşqlər etsəm də sabahdan etibarən kollektiv çalışmalara başlayacam”. `

0
0