Cüneyt Biçərlə Böyükağa Hacıyev Dubaya gedir
10.02.2012 - 15:27
Fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışında Premyer Liqada çıxış edən bütün klubların baş məşqçiləri də iştirak edəcəklər. Apasport.az saytının məlumatına görə, AFFA rəhbərliyinin və yığmanın baş məşqçisi Berti Foqtsun qərarına əsasən, çalışdırıcılar AFFA-nın vəsaiti hesabına Dubay şəhərinə aparılacaq.
Klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.
Mənbə: affa.az
Klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.
Mənbə: affa.az
0
0