Lisençuk Azərbaycanı müdafiə etdi: Başa düşmürəm, onlar niyə birə axtarır?
10.02.2012 - 15:41
Lisençuk Azərbaycanı müdafiə etdi: Başa düşmürəm, onlar niyə birə axtarır?
Ukrayna futzal yığmasının baş məşqçisi Gennadi Lisençuk növbəti dəfə Azərbaycanın müdafiəsinə qalxıb. Apasport.az saytının məlumatına görə, həm də Ukrayna Mini-Futbol Assosiasiyasının prezidenti olan Lisençuk milli komandasının Azərbaycanla ötən ilin dekabrında Bakıda keçirilən dünya çempionatının seçmə mərhələsindəki oyunun nəticəsi ilə bağlı Xorvatiya mətbuatında gedən şayiələrə növbəti dəfə münasibət bildirib.
Məlum olduğu kimi, Xorvatiya futzal yığmasının baş məşqçisi Mato Stankoviç Ukrayna – Azərbaycan oyununun nəticəsinin danışılmış olduğunu və komandasının bu sövdələşmə nəticəsində mübarizədən kənarda qaldığını iddia edir.

Lisençuk Ukrayna mətbuatına bildirib ki, ittiham etmək son illərdə xorvatların xoşuna gəlir: “Bu ölkənin nümayəndələri 5 il öncə Avro-2012-ə tender uğrunda mübarizədə uduzduqdan sonra Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisi rüşvətxorluqda ittiham etdi. O, buna ağıllı şəkildə cavab verdi ki, əgər Kliçko qardaşları və Andrey Şevçenko mafiyadırsa, onda bu mafiyanın daxilində olmaq çox xoşdur. İndi Xorvatiya yığması Ukraynanın onu final mərhələsində gedən yoldan kənarda qoymağını bağışlamır. Hamıya aydındır ki, balkanlılar Bakıdakı seçmə mərhələ oyunlarına məqsədyönlü və ciddi hazırlaşıb. Ardından yetərincə təsadüfi şəkildə azərbaycanlıları yendi. Onlar bizə də qalib gəlməyə ümid edirdi, ancaq sonradan aşkar uduzdu. 1:4 hesabı necə deyərlər, şansın olmadığı deməkdir”.

Ukraynalı mütəxəssis xorvatların dediklərini cəfəngiyat sayır: “Biz sonda Azərbaycanda uduzanda, onlar bunda hansısa uydurma fikirləşib tapdılar. Hərçənd azərbaycanlıları Bakıda udmaq heç asan deyil, nəinki xorvatlara Splitdə qalib gəlmək! Allaha şükür, biz meydan sahiblərinə yalnız 2 top (2:4) fərqi ilə uduzduq, daha böyük hesabla yox. Çünki bu halda özümüzün Tailanda keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarından kənarda qalmaq təhlükəsi vardı. Ümumiyyətlə, mən heç başa düşmürəm ki, niyə Avro-2012-niin təşkilatçıları birə axtarmaqla məşğuldur? Eyni məntiqlə bizi ittiham etmək olardı ki, oyun sonrası penaltilər seriyasında 4 zərbədən 3-ü bilərəkdən dəqiq vurmadıq. Bu, yadımda olan qədər əvvəl heç vaxt olmayıb”.

Qeyd edək ki, Xorvatiya ev sahibliyi etdiyi Avropa çempionatının ¼ finalında Ukraynaya oyun sonrası penaltilərə qalib gəldiyi matçdan sonra rəqibin futbolçularına əl uzatmayıb, aldıqları atributları tribunalara, zibil qutusuna atıb. Lisençuk isə həmkarlarının yer aldığı skamyaya yaxınlaşaraq, görüşmək istəyəndə, onların üz çevirmələrinin şahidi olub.