Elxan Məmmədov: Görünür, hələ tələsmirlər
10.02.2012 - 16:00
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- Martın 9-da AFFA-nın hesabat-seçki konfransı keçiriləcək. Seçkidə iştirak etmək istəyən prezidentliyə namizədlər üçün konfransa qədər az vaxt qalmayıb ki?
- Bəli, həmin gün AFFA-nın hesabat-seçki konfransında prezident seçkiləri də keçiriləcək. Seçki nizamnaməyə uyğun olaraq, 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər konfransa 15 gün qalanadək baş katibliyə tələb olunan sənədləri təqdim etməlidir. Biz bundan sonra onlara baxıb, 48 saat ərzində həmin şəxsin namizədliyinin qəbul olunub-olunmamağını özünə və ictimaiyyətə çatdıracağıq.
- Namizədlərin müraciəti və qeydiyyatı ilə bağlı prosesə nə vaxt start verilib?
- Fevralın 8-dən.
- İndiyədək müraciət edənlər olubmu?
- Hələlik yox. Görünür, hələ tələsmirlər.
- Konfransdan az sonra, martın 26-da AFFA-nın 20 illik yubileyi gəlir. Bununla bağlı hansısa tədbirin keçiriləcəyi gözlənilirmi?
- Ötən il Azərbaycan futbolunun 100 illiyi ilə bağlı təntənəli mərasim keçirdik. İndi də AFFA-nın 20 illik yubileyi gəlir. Ötən il belə tədbir keçirdiyimizdən, bu il üçün təntənəli yığıncaq nəzərdə tutmamışıq.
- Təntənəli olmasa belə, 20 illiyin qeyd olunması mümkündür?
- Yubileyi qeyd etməyi planlaşdırmırıq. Bir çox ölkələrdə futbol və qurumun yubileylərini birləşdirib, tədbir keçirirlər. Biz də belə tədbiri ötən il keçirmişik. Əsas məqsədimiz dünyaya göstərmək idi ki, hələ 100 il əvvəl də Azərbaycanda futbolla məşğul olublar.
- Milli komandanın 2012-ci ildə keçirəcəyi 5 yoxlama oyunu ilə bağlı məsələ artıq həllini tapıb. Lakin avqustun 15-də də FİFA pəncərəsi var. Həmin oyun üçün rəqibin kimliyi müəyyənləşibmi?
- Yığmanın avqustun 15-də keçirəcəyi yoxlama oyunundakı rəqibi ilə bağlı danışıqlar aparılır. Biz son 3 ildə bir çox ölkələrə səfər edib, yoxlama oyunları keçirmişik. Futbolda belə ənənə var ki, bir dəfə səfərdə oynadığın komandanı sonradan qəbul edirsən. Bizim yığma da müxtəlif rəqiblərlə qarşılaşıb. İndi onlara dəvət göndərmişik.
- Artıq həmin ölkələrə rəsmi dəvət göndərilib?
- Bəli. Onların dəvətimizə necə cavab verəcəyini gözləyirik. Əgər bu variant baş tutmasa, başqa rəqiblərlə danışıqlar aparacağıq.
- Başqa variant axtarmalı olsanız, yığma yenə səfərdə oynayacaq?
- Xeyr, yenə də oyunun evdə keçirilməsi haqda danışacağıq. Avqustun 15-də ya Bakı, ya da Lənkəranda oynayacağıq.
- İntizam Komitəsi tərəfindən cəzalandırılan Vaqif Cavadovun cəzasının yüngülləşdirilməsi ilə bağlı AFFA-ya müraciət olunub. Bu məsələyə nə vaxt baxılacaq?
- Bu haqda hələ heç nə deyə bilmərəm. Qərarı İntizam Komitəsi çıxarıb. Orada baş məşqçinin müraciətinə əsasən məsələyə yenidən baxıla bilməsinin mümkünlüyü əks olunub. Bu üzdən nəsə deyə bilmərəm.

0
0