“Turan” 5 futbolçu ilə anlaşdı
10.02.2012 - 16:41
Əsgər Abdullayevin rəhbərliyi altında hazırlığını davam etdirən “Turan” məşqlərini qapalı məkanda həyata keçirir. Belə ki, ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar stadionların hamısı, o cümlədən Tovuz şəhər stadionu qarın altında qalıb.
Bunu nəzərə alan baş məşqçi ötən il istifadəyə verilən Tovuz Olimpiya İdman Kompleksinin zalından istifadə edir. Komanda dünən məşqini adıçəkilən məkanda reallaşdırıb.
Apasport.az saytının xəbərinə görə, heyətini formalaşdırmağa çalışan Tovuz təmsilçisi 5 futbolçu ilə müqavilə imzalayıb. Belə ki, klubun öz yetirmələri olan Xəyal Qarayev, Asəf Qədiri, eləcə də müxtəlif vaxtlarda “Turan”ın formasını geyinmiş Muammer Erdoğdu, Cavad Mirzəyev və Rəşid Həsənov mövsümün sonuna qədər Tovuz təmsilçisinin uğurları üçün çalışacaq.
Onlardan əlavə Nadir Nəbiyev, Ayxan Abbasov və Aftandil Hacıyev də “Turan”ın düşərgəsindədirlər. Onların adları mövsümün əvvəlində sifariş vərəqinə daxil edilib. Baxışda olan türkiyəli futbolçu Receb Firatın hazırlığı baş məşqçi Əsgər Abdullayevi qane etmədiyindən, geri göndərilib. Bir müddət “Turan”ın məşqlərində iştirak edən, hətta “Şəmkir”lə oyunda qol vuran Natiq Kərimi isə yenidən “Rəvan”a dönüb.
Bu arada baş məşqçinin köməkçilərinin kimliyinə də aydınlıq gətirilib. Belə ki, Eltay Aslanovla Eldəniz Hüseynov Abdullayevin korpusunda işlərini davam etdirəcəklər.

0
0