Anatoli Banişevskinin xatirəsinə həsr olunan növbəti turnir
10.02.2012 - 17:40
Anatoli Banişevskinin xatirəsinə həsr olunan növbəti turnir
Fevralın 17-dən 23-dək Bakıda əfsanəvi azərbaycanlı Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək. Turnirdə 1998-99-cu il təvəllüdlü futbolçulardan təşkil olunmuş 8 komanda 2 qrupda mübarizə aparacaq. A qrupunda “Neftçi” İSM, “Sumqayıt”, “Qarabağ”, “Əlincə”, B qrupunda “Neftçi” PFK, “Bakı kəndləri”, “İnter”, “Hövsan” klubları yer alıb.

17 fevral
11:00. “Neftçi” İSM – “Sumqayıt”
12:00. “Qarabağ” – “Əlincə”
13:00. “Neftçi” PFK – “Bakı kəndləri”
14:00. “İnter” – “Hövsan”

18 fevral
11:00. “Bakı kəndləri” – “Hövsan”
12:00. “Neftçi” PFK – “İnter”
13:00. “Sumqayıt” – “Əlincə”
14:00. “Neftçi” İSM – “Qarabağ”

20 fevral
11:00. “Qarabağ” – “Sumqayıt”
12:00. “Əlincə” – “Neftçi” İSM
13:00. “İnter” – “Bakı kəndləri”
14:00. ”Hövsan” – “Neftçi” PFK

21 fevral, 1/2 fevral
11:00. A1 – B2
12:00. B1 – A2

23 fevral
11:00. III yer uğrunda oyun
12:30. Final

Bütün oyunlar AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək. Final matçı ənənəvi olaraq hücumçunun ad gününə salınıb.

Qeyd edək ki, futbolçu karyerası “Neftçi”yə bağlı olan Banişevskinin bu il 66 yaşı tamam olur.

Mənbə: affa.az