FİFA-dan daha 1 ölkəyə “yaşıl işıq”
11.02.2012 - 10:31
Daha bir ölkənin federasiyası rəsmən tanınıb. Apasport.az saytının məlumatına görə, Cənubi Sudan da artıq futbol ailəsinin üzvünə çevrilib. Afrika Futbol Konfederasiyasına (CAF) qəbul olunan yeni ölkə bu qurumun 54-cü üzvü olub. Bununla bağlı keçirilən xüsusi tədbirdə FİFA prezidenti Yozef Blatter də iştirak edib. Tədbirdə Cənubi Sudana CAF-ın bayrağı təqdim olunub ki, bu da milli assosiasiyanın qərargahında dalğalanacaq. Yeni federasiya FİFA-nın 208-ci üzvü olub.
Qeyd edək ki, Cənubi Sudan 2011-ci ilin aprelində müstəqillik əldə edib.
Qeyd edək ki, Cənubi Sudan 2011-ci ilin aprelində müstəqillik əldə edib.
0
0