“Beşiktaş”ın futbolçusu: “Xəzər Lənkəran”a keçidim baş tutmadı
11.02.2012 - 11:00
“Xəzər Lənkəran”da oynamaq istəyirəm. Bu komanda da məni icarəyə götürmək niyyətində idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Mehmet Akyüz deyib.
“Xəzər Lənkəran”ın icarəyə götürmək istədiyi 26 yaşlı hücumçu keçidinin bu qış baş tutmayacağını açıqlayıb: “Təəssüflər olsun ki, artıq transfer pəncərəsi bitib. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran”a icarəyə verilməyim baş tutmadı. Çünki bu, mümkün deyil”.
Qeyd edək ki, Akyüz 2011-ci ilin yayında “Tavşanlı Linyitspor”dan İstanbul nəhənginə transfer olunub.

0
0