”Xəzər Lənkəran” Stevan Batesin keçidini rəsmiləşdirdi
11.02.2012 - 14:15
”Xəzər Lənkəran” Stevan Batesin keçidini rəsmiləşdirdi
“Xəzər Lənkəran” klubu daha bir futbolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı serb mərkəz müdafiəçisi Stevan Bates 1,5 il müddətinə ölkəsinin “Rad Belqrad” klubundan icarəyə götürülüb.

Karyerası ərzində Bates “Jelezniçar Belqrad”, “Jeleznik”, Rusiyanın “Alaniya”, Fransanın “Şatoru”, Norveçin “Tromso”, həmçinin “Bakı” klubunda forma geyinib.

Mənbə: lankaranfc.com