Akyüzün keçidinin baş tutmaması təsdiqləndi
11.02.2012 - 14:19
Akyüzün keçidinin baş tutmaması təsdiqləndi
“Xəzər Lənkəran” klubu Türkiyənin “Beşiktaş” klubunun yarımmüdafiəçi Mehmet Akyüzün icarəsinin baş tutmamasını təsdiqləyib. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytı futbolçu ilə müqavilənin şəxsi şərtləri üzrə razılıq əldə olunmadığını açıqlayıb. Bu üzdən də keçdi baş tutmayıb.

Qeyd edək ki, futbolçu Türkiyə mətbuatına açıqlamasında transfer pəncərəsinin bitdiyini bəhanə gətirərək keçidinə bunun mane olduğunu bildirmişdi.