Serbiya yığmasının baş məşqçisi Azərbaycanla qarşılaşmayacaqlarına sevinir
11.02.2012 - 17:57
Serbiya yığmasının baş məşqçisi Azərbaycanla qarşılaşmayacaqlarına sevinir
“Dünya çempionatının pley-off mərhələsinin püşkatmasının nəticələrindən razı qaldım. Çünki Azərbaycan və Rumıniyadan başqa istənilən rəqiblə qarşılaşmaq arzum yerinə yetdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya milli komandasının baş məqşçisi Atsa Kovaçeviç deyib.

O, bu gün Zaqrebdə keçirilən DÇ-2012-nin pley-off mərhələsinin püşkünə münasibət bildirib. Kovaçeviç Avro-2012-nin final mərhələsində 9:8 hesabı ilə məğlub etdikləri Azərbaycan milli komandasından çəkindiyini etiraf edib: “Bu 2 komandaya baxanda Macarıstanla düşməyimiz aha yaxşıdır. Bu rəqib güclü olsa da daha münasibdir”.

Qeyd edək ki, Azərbaycan yığması öley-offda Rusiya ilə qarşılaşacaq.