“Yalnız qələbə barədə düşünürük”
12.02.2012 - 00:00
“Yalnız qələbə barədə düşünürük”
“Qarabağ”la oyun bu il keçirəcəyimiz ilk rəsmi görüş olacaq. Bu oyunda yalnız qələbə barədə düşünürük". Apasport.az saytının xəbərinə görə, bunu "Bakı" klubunun yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

Məmmədov vacib oyunöncəsi komandasının hazırlıqları davam etdirdiyini və bu oyuna yalnız 3 xal üçün çıxacaqlarını bildirib:

"Çox istəyirik ki, ilk oyunda qələbə qazanıb, yeni ilə uğurlu başlayaq. “Altılığ”a düşmək və çempionluq uğrunda mübarizə aparmaq üçün 4 çətin oyunumuz var. Bunlardan biri də “Qarabağ”la keçirəcəyimiz oyundur.

Özümüzü sübut etmək və liderlərdən geri qalmamaq üçün oyunların hər birində 3 xal qazanmaq lazımdır. "Bakı"ya gəldikdə, gözəl kollektiv qurulub, güclü heyətimiz var. İnanıram ki, qarşıdakı oyunlardan maksimum xal toplayıb, liderlə xal fərqini azaldacağıq”.

Mənbə: klubun saytı