Araz oynadı, komandası 1 xal qazandı
11.02.2012 - 23:43
Araz oynadı, komandası 1 xal qazandı
Yunanıstan Superliqasının XXI turunun oyunları çərçivəsində həmyerlimiz Araz Abdullayevin şərəfini qoruduğu "Panionios" klubu növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Arazın komandası bu turda doğma azarkeşləri önündə "Pas Giannina" klubu ilə sülh bağlayıb - 0:0.

Araz matça start heyətində başlayıb və 69-cu dəqiqədə yerini komanda yoldaşına verib.

Qeyd edək ki, alınan bərabərlikdən sonra "Panionios" 23 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.