Həsrət bitdi
12.02.2012 - 11:30
Həsrət bitdi
Afrika Millətlər Kubokunun III yer uğrunda oyunu Mali yığması üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, Qana yığmasını 2:0 hesabı ilə məğlub edən malililər 40 illik həsrətə son qoyub. Belə ki, bu ölkənin yığması qitə çempionatında sonuncu dəfə 1972-ci ildə mükafatçılar sırasına düşmüşdü. Həmin vaxt Mali millisi Kamerundakı yarışda 2-ci yerin sahibi olmuşdu. Onda finalda malililərin qarşısını Konqo almışdı – 3:2.