“Azərbaycan futzal yığması Ukraynadan 1 baş zəifdir”
12.02.2012 - 15:26
“Azərbaycan futzal yığması Ukraynadan 1 baş zəifdir”
Futzal üzrə Ukrayna milli komandasının Avro-2012-nin final mərhələsindəki çıxışı bu ölkədə uğursuzluq kimi dəyərləndirilib. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız komandanın ardıcıl 2-ci dəfə yarışın 1/4 final mərhələsində dayanmasının səbəblərini araşdırıb.

Ukraynalılar Avro-2010-nun 1/4 finalında Azərbaycana, bu il isə eyni Xorvatiyaya penaltilər seriyasında məğlub olmağı bir çox səbəblərlə izah edib. Həmkarlarımız hər 2 halda penaltilər seriyasında uduzmaqlarına da toxunmaqla yığmamızı zəif rəqib adlandırıblar: Yığma ehtiyatlı, hətta qorxaq oyun göstərir. Milli özündən 1 baş zəif Azərbaycan və Xorvatiya ilə qarşılaşmada hesabı saxlamağa oynayırdı.
Nəticədə penaltilər seriyasında uduzdu.