İspaniya Avropa çempionu oldu
12.02.2012 - 09:53
İspaniya Avropa çempionu oldu
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sayca 8-ci qitə birinciliyinin son oyun günündə 2 matç baş tutub. Əvvəl III yer uğrunda matçda meydan sahibləri ilə İtaliya yığması üz-üzə gəlib. Apenninlilər 3:1 hesabı ilə qalib gələrək Xorvatiya yığmasını mükafatsız qoyub.

Qızıl medallar uğrunda matçda isə İspaniya və Rusiya üz-üzə gəliblər. Şimallılar milliləşən braziliyalı Pulanın qolu ilə 2-ci hissədə hesabı açmağa nail olsa da 5 qat Avropa çempionları əsas vaxtın son saniyələrində xilas olub: Losano hesabı bərabərləşdirib. Elə əlavə vaxtda da komandasının qələbə qolunu Losano vurub. Son saiyələrdə isə Luis Amado fərqi 2-yə çatdırıb - 3:1. Bununla da ispanlar növbəti – 6-cı Avropa çempionluğunu qazanıblar.

Qeyd edək ki, Rusiya DÇ-2012-nin pley-off mərhələsində Azərbaycan milli komandasının rəqibidir.

Avropa çempionatlarının bütün qalibləri
1996 – İspaniya
1999 – Rusiya
2001 – İspaniya
2003 – İtaliya
2005 – İspaniya
2007 – İspaniya
2010 – İspaniya
2012 - İspaniya