Yığmamız Avropa ikincisinə qarşı
12.02.2012 - 14:30
Futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda keçiriləcək pley-offda Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması zəngin tarixə malikdir. Apasport.az saytının məlumatına görə, əsası 1991-ci ildə qoyulan yığma 3 müxtəlif ad altında çıxış edib. 21 il əvvəl SSRİ millisi kimi yaradılan komanda sovet imperiyasının dağılmasından sonra MDB yığması kimi fəaliyyətini davam etdirdi. Elə bu adla da qısa zaman kəsiyini arxada qoyan komanda sonradan Rusiya yığması kimi mövcudluğunu davam etdirir.
Rəqibimizin tarixinə ilk oyunlar kimi isə İtaliyada keçirilən beynəlxalq turnirin matçları düşüb. Həmin vaxt – 1991-ci ildə SSRİ yığmasının heyətində “Neftçi”nin veteran futbolçusu Rafiq Əlizadə də var idi. 42 yaşlı azərbaycanlı karyerasını bitirdikdən sonra futzala bağlanıb milli səviyyəsinə kimi yüksəlmişdi. O, rəqibimizin heyətində 2 oyun keçirib.
Yığmamızın rəqibi Avropanın ən titullu komandaları sırasındadır. Düzdür, onlar İspaniya ilə müqayisədə uğur baxımından daha cılız görünürlər. Lakin yeni başa çatan Avro-2012-nin finalında oynamaqla qitənin 2 ən güclü komandasından biri olduğunu sübut ediblər. Bu dəfə qələbəni son saniyələrdə əldən verib yenə gümüşlə kifayətlənən rəqibimiz tarixinə əsasən də bu qənaətə gəlmək olar.
1996-cı ildən keçirilən Avropa çempionatlarının final mərhələlərində istisnasız çıxış edən rusiya yığması yalnız 2 dəfə mükafatsız qalıb. 2003-cü ildə 6-cı olub, 2010-cu ildə 1/4 finalda dayanan rəqibimiz 1999-cu ildə çempion, 1996 və 2005-ci illərdə indiki kimi finalçı olub. Bu 4 finalın hamısında onlar ispanlarla qarşılaşıb. 2001 və 2007-ci illərdə isə onların qismətinə bürünc düşüb.
Dünya çempionatlarında isə ən böyük uğur elə bürüncdür. Bu da uzaq 1996-cı ildə əldə olunub. 2000 və 2008-ci illərdə yarımfinala çıxıb 4-cü olan Rusiya 2004-cü ildə ilk və hələlik son dəfə seçmə mərhələni adlaya bilməyib. Final mərhələsində 3 dəfə yarımfinala yüksələn rəqibimiz yalnız 1992-ci ildə daha aşağı - 9-cu yerlə kifayətlənib.
Maraqlıdır ki. Azərbaycan yığması kimi Rusiya da braziliyalıların milliləşdirilməsi ilə tanınır. 2005-ci ildə bu sahədə siftə edən rusiyalılar 2007-ci ildə Avropa çempionatına Pele Junior və Sirilo ilə yollanıblar. 1 il sonrakı dünya çempionatında Siriloya Pula qoşulmuşdu. O, 16 qol vuraraq mundialın ən yaxşı bombardiri adını da qazandı. 3 il əvvəl baş məşqçi Sergey Skoroviçin yığmaya gəlişi ilə Eder və Robinyo da milliləşərək Sirilo – Pula cütünə qoşuldu. Bundan narazı olan rusiyalılar idman, turizm və gənclər siyasəti naziri Vitali Mutkoya müraciət edərək milliləşmənin qarşısının alınmasını xahiş etdilər. Bu üzdən də yığmada yalnız Sirilo və Pula qaldı. Avro-2012-də isə onlara qapıçı həmyerliləri Qustavo da qoşulub.
Rusiya yığmasının tarixinə nəzər salsaq ən böyük hesablı qələbə 1995-ci ilə təsadüf edib. Həmin vaxt rəqibimiz Moldova yığmasını yerlə yeksən edib – 31:0. 4 il əvvəl isə şimallılar ən ağır məğlubiyyətini Braziliyadan 7 cavabsız qolla alıb. Rəqibimizin ən yaxşı bombardiri 66 oyuna 122 qol vuran Konstantin Yeryomenkodur. Bombardirlər sırasında 32 qolla 4-cü olan Arkadi Belıy isə bir müddət əvvəl ölkəmizdə çalışaraq “Araz”a rəhbərlik edib. O, 59 oyunla ən çox oynayan 10-luqda da yer alıb. Bundan başqa yığmamızın sabiq baş məşqçisi Andrey Yudin, “Araz”da oynamış Konstantin Duşkeviç də Rusiya yığmasının sabiq üzvləridir.
Qeyd edək ki, 2009-cu ildən yığmaya başçılıq edən Sergey Skoroviç yığmasının tarixində 6-cı baş məşqçidir.

0
0