UEFA qaydaları dəyişdi: Torras birinci oldu
12.02.2012 - 11:50
UEFA qaydaları dəyişdi: Torras birinci oldu
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatının ən yaxşı bombardiri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının üzvü Torras 5 qolla “Qızıl buts”un sahibi olub. Bu ildən qaydaları dəyişən UEFA eyni sayda qol vuran futbolçuları məhsuldar ötürmələr və oyun sayına görə fərqləndirib. Bu üzdən Torrasla eyni sayda qol vuran xorvatiyalı Daro Marinoviç “Gümüş buts”la kifayətlənib. Çünki 1 məhsuldar ötürmə verən ispaniyalıdan fərqli o bunu bacarmayıb. Serbiyalı Vidan Bojoviç isə 3 oyunda 4 qol vurub 1 məhsuldar ötürmə verdiyi üçün “Bürünc buts”alayiq görülüb.