Yenə 5 qol
12.02.2012 - 12:20
Yenə 5 qol
Futzal üzrə Avropa çempionatlarında maraqlı tendensiya yaşanır. Apasport.az saytının məlumatına görə, ardıcıl 3-cü dəfədir “Qızıl buts”un sahibi 5 qolla buna nail olur. İspaniyalı Torras son 2 çempionatın ənənəsini davam etdirib. Maraqlıdır ki, məhz bu son 3 yarışda ispan futzalçı da bombardirlər sırasında yer alıb. Elə 2 il əvvəl Azərbaycan yığmasının üzvü Biro Jade də 5 qolla mükafata sahib olmuşdu.

1996: Konstantin Yeryomenko (Rusiya) - 8
1999: Konstantin Yeryomenko (Rusiya) - 11
2001: Sergey Koridze (Ukrayna) - 7
2003: Sergey Koridze (Ukrayna) - 7
2005: Nando Qrana (İtaliya) - 6
2007: Sirilo (Rusiya), Daniel (İspaniya), Predrag Rajić (Serbiya) - 5
2010: Saad Assis (İtaliya), Biro Jade (Azərbaycan), Xavi Rodríqez (Uspaniya), Joel Keyruş (Portuqaliya) - 5
2012: Torras (İspaniya) - 5