Hakim vurdu, Amit baxdı
12.02.2012 - 23:02
Türkiyə çempionatının Bank Asiya I Liqasında keçirilən “Dənizlispor” – “Ərciyəsspor” oyunu maraqlı hadisə ilə yadda qalıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin də iştirakçısı olduğu görüşün hakimi qeyri-adi addım atmaqla fərqlənib.
Belə ki, 1:1 hesabı ilə başa çatan matça 5 dəqiqə əlavə olunub. Həmin dəqiqələr də “Dənizlispor”un təzyiqi altında keçib. Belə bir anda meydanda 2-ci top peyda olub. Adətən belə hallarda hakimlər oyunu saxlasa da, bu qarşılaşmanın referisi fərqli qərar verib. Meydan sahiblərinin hücumunu yarımçıq dayandırmamaq üçün o, özü artıq topa şığıyıb güclü zərbə ilə meydandan kənarlaşdırıb. Amit və meydandakı digər oyunçulara yalnız bu epizodu seyr etmək qalıb.

0
0