Ronaldo Messidən, “Real” “Barsa”dan xeyli aralıda
13.02.2012 - 10:24
Ronaldo Messidən, “Real” “Barsa”dan xeyli aralıda
Son illərdə İspaniyanın dəyişməz çempionu olan “Barselona”nın titulunu qoruya bilməyəcəyi daha da reallaşır. Apasport.az saytının məlumatına görə, Xosep Qvardiolanın çalışdırdığı komandanın son turda da səfər oyunu uğursuz alınıb. Cari mövsümdə rəqib meydanında uğursuz çıxış edən “Barsa” bu dəfə “Osasuna”ya onun meydanında uduzub – 2:3.

Əvəzində Kataloniya təmsilçisinin əzəli rəqibi “Real” növbəti qələbəni bayram edib. Madridlilər evdə “Levante”yə 4:2 hesabı ilə qalib gəlib. Bununla da “Real” “Barsa”nı artıq 10 xal qabaqlayır.

“Kral klubu” 3 xalı portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun 3 qolu sayəsində qazanıb. Bununla da dünyanın ən bahalı futbolçusu son 3 ildə planetin ən yaxşı futbolçusu seçilən Lionel Messidən bir qədər də aralanıb. Belə ki, ötən tur fərqlənə bilməyən “Barselona”nın argentinalı hücumçusunun hesabında 23, Kriştianuda 27 qol var. Göründüyü kimi, Ronaldo Messiyə, “Real” “Barsa”dan xeyli aralandığından, madridlilərin 1-ci olmaq şansı daha çoxdur.