Yığmamızın futbolçusu “4” aldı
13.02.2012 - 10:32
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Türkiyənin Bank Asiya I Liqasında keçirdiyi növbəti oyunda heç də yaxşı təsir bağışlamayıb. Apasport.az saytının məlumatına görə, “Ərciyəsspor”un 20 yaşlı yarımmüdafiəçisi “Dənizlispor”la qarşılaşmada zəif çıxış edib. Belə ki, 1:1 hesabı ilə başa çatan görüşün 74-cü dəqiqəsində meydana daxil olan Amitin oyunu Türkiyə mətbuatından aşağı qiymətlə dəyərləndirilib. O, “4”ə layiq bilinib.
0
0